“Universal Holdinq” MMC qatıldığı lahiyələrdə tikinti konstruksiyasının hesaba alınması və obyektlərin lahiyələşdirilməsi tikinti regionlarının və onun iqlim şəraitinin nəzərə almaqla xüsusiləşdirilmiş proqram əsasında yerinə yetirilir. Obyektlərin tikilməsi və binaların quraşdırılması ixtisaslı montajçı briqadalar tərəfindən yüksək keyfiyyətlə və qısa müddət ərzində yerinə yetirilir.
İstilik sistemləri - Universal Holdinq”-in təsisçisi “Pərviz İKF ” MMC şirkəti Muharibə Əlilləri üçün Mualicə Pansionatının İstilik, Su və Kanalizasiya xətlərinin yenidən işlənməsi və əsaslı təmiri üzrə layihəni həyata keçirmişdir.
Elektrik tikinti və təcizat - Universal Holdinq”-in təsisçisi “Pərviz İKF ” şirkəti “Barmek” AEŞ MMC-nin elektrik xəttinin çəkilməsi və yenidən bərpası üzrə, Ərazilərin Bərpası və Yenidən Qurulması Üzrə Aqentliklə elektrik avadanlıqlarının təchizatı və quraşdırılması üzrə layihəni həyata keçirmiş, Azərtunelsutikinti şirkəti ilə BDÖZ üçün tikilən 22 saylı yaşayış binası üçün elektrik stansiyasında avadanlğın quraşdırılması və transformator məntəqəsində rekonstruksiya işlərini, H.Əliyev adına BDÖZ-nun Qaradağ rayonu Sahil qəsəbəsində inşa etdirdiyi 22 saylı 9 mərtəbəli 126 mənzilli yaşayış evinin 110/35/6 kv-luq KVVQ-19x2,5 nəzarət kabelinin yenisi ilə əvəz edilməsini, Norveç Qaçqınlar Şurası ilə məcburi köçkünlər üçün inşa edilmiş evlərə elektrik xəttinin çəkilməsi üzrə “Qaradağ Sement” ASC ilə 6 kv-luq hava xəttinin təmir və bərpa işlərini yerinə yetirmişdir.
Su təchizat sistemləri – “Universal Holdinq”-in təsisçisi “Pərviz İKF ” MMC şirkəti Azərsu Səhimdar Cəmiyəti ilə su və kanalizasiya boru kəmərinin çəkilməsi və yenisi ilə əvəz edilməsi üzrə Dünya Bankının layihəsini yerinə yetirmişdir.
Avadanlıq və materialların təchizatı - Universal Holdinq”-in təsisçisi “Pərviz İKF ” MMC şirkəti Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə məktəb mebelinin təchizatı və satınalınması üzrə Dünya Bankının layihəsini yerinə yetirmişdir.
|